Millennium Tourism Azerbaijan - turizm sahəsində 14 ildən artıq təcrübəsi olan, turizm istiqamətləri üzrə ixtisaslaşmış, korporativ müştərilərə kompleks xidmətləri göstərən, dünyanın bir çox ölkələrindən xarici turistlərin və nümayəndə heyətlərinin qəbulu, individual və qrup turların təşkili ilə məşğul olan Azərbaycanın ən böyük turizm şirkətlərindən biridir.
Bundan əlavə, şirkətimiz mütamadi olaraq Azərbaycanda və Xaricdə (Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Böyük Britaniya, Almaniya, Türkiyə, Fransa, Cənubi Koreya, Dubay və s.) beynəlxalq turizm sərgilərində iştirak edərək, beynəlxalq şirkətlərlə əlaqələrin gücləndirilməsi və təcrübə mübadiləsi ilə məşğuldur.
Daha geniş məlumat almaq üçün aşağıdakı bölmələrə baxa bilərsiniz:
Biz Sizin məlumatı necə qoruyuruq?
Biz məlumatı şifrələyən sertifikat tətbiq edirik (SSL sertifikat).
Məxfilik
Millennium Tourism Congress DMC LLC şirkəti məlumat mühafizəsinı təmin edir. Eyni zamanda, siz bizim saytda əsas səhifəyə keçid edərək və heç bir şəxsi məlumat dərc etmədən göz gəzdirə bilərsiniz. Lakin hər hansı bir turu almaq istədiyiniz təqdirdə, Sizdən tələb olunan məlumatları yerləşdirməyiniz xahiş olunur.
Hansı məlumatlar necə toplanır?
Bizim saytda hər hansı bir turu əldə etmək istədikdə bizə sizin aşağıdakı məlumatlarınız lazım olacaq.
-ad
-kredit kartı haqqında məlumat
-telefon nömrəsi
-e-mail ünvanı
Təqdim etdiyiniz məlumatlar Azərbaycan Respublikası Qanunvericiliyinin müvafiq maddəsi ilə qorunur.
Bizimlə əlaqə
Siz hər bir zaman bizə müraciət edə, emarketing@millenniumtour.az və gr@millenniumtour.az poçt ünvanlarına məktub ünvanlaya bilərsiniz.