Millennium Tourism Azerbaijan - turizm sahəsində 14 ildən artıq təcrübəsi olan, turizm istiqamətləri üzrə ixtisaslaşmış, korporativ müştərilərə kompleks xidmətləri göstərən, dünyanın bir çox ölkələrindən xarici turistlərin və nümayəndə heyətlərinin qəbulu, individual və qrup turların təşkili ilə məşğul olan Azərbaycanın ən böyük turizm şirkətlərindən biridir.
Bundan əlavə, şirkətimiz mütamadi olaraq Azərbaycanda və Xaricdə (Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Böyük Britaniya, Almaniya, Türkiyə, Fransa, Cənubi Koreya, Dubay və s.) beynəlxalq turizm sərgilərində iştirak edərək, beynəlxalq şirkətlərlə əlaqələrin gücləndirilməsi və təcrübə mübadiləsi ilə məşğuldur.
Daha geniş məlumat almaq üçün aşağıdakı bölmələrə baxa bilərsiniz:
Daxili turizm, şirkətin əsas bölmələrindən biri olaraq, aşağıdakı xidmətləri təklif edir:
Ölkədaxili turlar:
Xarici turlar:
1. Sanatoriyalara və müalicə mərkəzlərinə səhiyyə turları
2. Ekstremal turizm
3. İstirahət və əyləncə turları
Aşağıdakı göstərilən və digər istiqamətlər üzrə turların təşkili:
Millennium Turizm Azerbaijan şirkəti müştərilərinə yerləşdirmə, nəqliyyat, sığorta, bilet və viza xidmətlərinin göstərilməsini də təklif edir
Bizim məqsədimiz - daha fərdiləşdirilmiş yanaşmanı təklif etməklə, müştərilərin ehtiyaclarını təmin etməkdən ibarətdir. Bizimlə işləməyin faydalarından biri - nəqliyyat vasitələrinin son modellərinin mövcudluğudur. Bizim avto parkda hər bir avtomobil seqmentinin mövcudluğuna baxmayaraq, biz həmişə lüks seqmentləri təklif etməyə çalışırıq. Parlaq nümunələrindən biri isə, sizin daimi xidmətinizdə ola bilən Mercedes Benz S-Class 2015-dir. Bizim ixtisaslaşmış komanda və sürücülər 24 saat ərzində bütün nəqliyyata və transfera aid suallara və sorğulara sizə yardım etməyə hazırdırlar. Lüks seqmentli xidmətləri təklif etməklə, biz həmişə avtomobil dünyasında baş verən son tendensiyaları izləyirik və avtoparkımızı mütəmadi şəkildə yeniləndiririk. Müştərilərin ehtiyaclarından asılı olaraq, nəqliyyat vasitələri sürücü ilə və sürücüsüz verilə bilər. Bundan əlavə, avtoparkımızda mövcud olmayan spesifik nəqliyyat vasitəsini, müştərinin istəyi ilə sifariş etmək mümkündür.
E-Visa haqqında
e-Viza 3 (üç) iş günü ərzində verilir.
e-Viza müraciətləri birnəfərlik, ailə (ən az 2, ən çox 10 nəfər) və qrup (ən az 10, ən çox 300 nəfər) olmaqla edilə bilər.
e-Viza alınması üçün zəruri olan məlumatlar bilavasitə sistemə daxil edilir.
e-Vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş rüsum sistem vasitəsilə elektron qaydada ödənilir.
e-Viza müraciət etmiş şəxsin elektron ünvanına göndərilir.
Portal haqqında
Portalın operatoru funksiyasını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaslara Xidmət və Sosial İnnovasiyalar uzrə Dovlət Agentliyi həyata keçirir.
Portal vasitəsi ilə siz 3 addımda (müraciət et, ödəniş et və e-vizanı yüklə) e-Visa ala bilərsiniz.
Ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizanın alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa portal vasitəsilə müraciət etməsi mümkündür.
Müraciət ilə bağlı
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanın alınması üçün Azərbaycan Respublikasına planlaşdırılan gəlmə tarixindən ən azı 3 (üç) iş günü əvvəl müraciət etməlidirlər.
Müraciətçinin pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitmə tarixi verilməsi nəzərdə tutulan viza müddətinin bitmə tarixindən ən azı 3 ay artıq olmalıdır.
Dövlət rüsumu ödənildikdən sonra müraciətin qəbul edilməsi barədə bildiriş sistem tərəfindən müraciət edən şəxsin elektron ünvanına və istifadəçi ekranına göndərilir.
Ödəmə ilə bağlı
e-Viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir. Bu rüsum viza müraciətinə baxılması üçün tələb olunur və heç bir halda geri qaytarılmır.
Elektron viza müraciətlərinin emal edilməsi məqsədilə 3 ABŞ dollar məbləğində xidmət haqqı tutulur. Bu məbləğ elektron viza üçün 20 (iyirmi) ABŞ dolları məbləğində dövlət rüsumundan əlavə ödənilir.
Ödəmə əməliyyatlarının ancaq Visa, Mastercard və UnionPay üzərindən aparılması mümkündür. Kartın sizin adınıza olması mütləq deyil.
Viza blankı ilə bağlı
Azərbaycan Respublikasına gəlmək üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən elektron viza blankının təsvirində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli sənədinin ikinci hissəsinin tələbləri nəzərə alınmışdır. Elektron viza blankı A4 formatdadır.
e-Viza blankının yuxarı sağ hissəsində maşınla oxuna bilən xüsusi kod yerləşdirilmişdir.
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs bir neçə e-Viza aldıqda ölkəyə giriş etdiyi e-Viza blankı ilə ölkəni tərk çıxış etməlidir.
e-Viza blankı itirildikdə, portal üzərindən və ya elektron poçtdan yenidən çap edilə bilər.
www.evisa.gov.az/az/
Azərbaycan vətəndaşları üçün viza dəstəyi aşağıdakı istiqamətlərdə aparılır:
Avropa ölkələri - turist, təlim, çoxlu giriş vizası.
Birləşmiş Ərəb Əmirlikləri - Turist və Biznes vizası (24 saat ərzində təcili viza).
ABŞ - turist vizaları
Birləşmiş Krallıq - turist vizaları
Şirkətimiz 2 iş günü ərzində viza üçün dəvət məktubu təqdim edə bilər. Dəvət məktubu əsasında ərizəçi viza tələbi üçün səfirliyə müraciət edə bilər.