Transportation department

Nəqliyyat şöbəsi

Bizim məqsədimiz - daha fərdiləşdirilmiş yanaşmanı təklif etməklə, müştərilərin ehtiyaclarını təmin etməkdən ibarətdir. Bizimlə işləməyin faydalarından biri - nəqliyyat vasitələrinin son modellərinin mövcudluğudur. Bizim avto parkda hər bir avtomobil seqmentinin mövcudluğuna baxmayaraq, biz həmişə lüks seqmentləri təklif etməyə çalışırıq. Parlaq nümunələrindən biri isə, sizin daimi xidmətinizdə ola bilən Mercedes Benz S-Class 2015-dir. Bizim ixtisaslaşmış komanda və sürücülər 24 saat ərzində bütün nəqliyyata və transfera aid suallara və sorğulara sizə yardım etməyə hazırdırlar. Lüks seqmentli xidmətləri təklif etməklə, biz həmişə avtomobil dünyasında baş verən son tendensiyaları izləyirik və avtoparkımızı mütəmadi şəkildə yeniləndiririk. Müştərilərin ehtiyaclarından asılı olaraq, nəqliyyat vasitələri sürücü ilə və sürücüsüz verilə bilər. Bundan əlavə, avtoparkımızda mövcud olmayan spesifik nəqliyyat vasitəsini, müştərinin istəyi ilə sifariş etmək mümkündür.