İyun-iyul aylarında Şəki şəhərində 8-ci Beynəlxalq "İpək Yolu" Musiqi Festivalı keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə festivalda müxtəlif xalqların musiqisi səslənəcək, simfonik orkestrlər və solistlər - virtuozlar ustalıqla ifa edəcəklər.